• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 30.03.2018 13:42

2 kiloqramdan çox heroini satmaq istəyi ürəyində qaldı

KepezTV Player

Bakı sakini Şəkidə 1 kq-dan çox narkotiklə saxlanıldı

Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda heroini satmaq istəməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram narkotiki 11000 manata şərti alıcıya satmaq istəyən zaman saxlanılıb. İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını etiraf edib.

Şəkidə isə 1 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb. Bu, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mümkün olub.Əvvəllər məhkum olunmuş Bakı sakini Rafiq Adilov şəhər ərazisində saxlanılıb və şübhəli şəxs kimi Şöbəyə gətirilib. Üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbanın içərisində çəkisi 1 kq 05 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.312 qr heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.