KepezTV Player
Goranboyun Boluslu kənd sakini borc üstə döyülüb. 28 yaşlı İlkin İmamquliyev verdiyi 40 manatı geri ala bilməyəndə tanışı 35 yaşlı Ramin Musayevlə əlbir olaraq Həsən Əliyevə şiddət tətbiq edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Hadisəni törədən hər iki şəxs sərxoş olub. Göygöl sakini isə Gəncədə döyülüb. Hadisə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb. Göygöl rayonunun Üçtəpə kənd sakini 27 yaşlı Səttam Alışanov ona tətbiq edlən şiddət nəticəsində müxtəlif bədən xəsarətləri alıb. O, dərhal xəstəxanaya çatıdırılıb.
- Baxış: 1683