• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 29.03.2018 16:32

Gəncə-Alabaşlı dəmiryolu xəttləri yenilənir

KepezTV Player

Gəncə-Alabaşlı mənzilində 7,5 km hissə yenidən qurulur. 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi tərəfindən həyata keçirilən işlər zamanı mövcud reysələr çıxarılır, yol yatağı yenidən işlənir və xüsusi texnikalar vasitəsilə yeni dəmiryolu xəttləri düzülür. Gün ərzində 1500 metr məsafədə yolun sökülərək yenisinin çəkilməsi həyata keçirilir. İşlərin bu ayın sonuna qədər təhvil verilməsi planlaşdırılır.

Akif Quliyev Gəncə sahəsinin rəis müavini: Aparılan işlər zamanı yolun komunikasiya, elektrik xəttləri yenilənir, elektro fiksasiya işləri aparılır. Hazırda yeni yolda mövcud sürət qatarları üçün sərnişinlərin daşınması zamanı saatda 100 km, yük qatarlarında isə saatda 80 km hədd qoyulub

Adıçəkilən mənzildə işlər tam yekunlaşdırıldıqdan sonra təmir bərpa prosesi Ağstafa istiqamətində aparılacaq.