Bakının Yasamal rayonunda qanlı hadisə baş verib. 36 yaşlı Orxan Eyvazov idarə etdiyi avtomobildən düşərək tanımadığı şəxslə əlbəyaxa dava edib və nəticədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Nərimanov rayonunda da bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib. "Yaşıl bazar"da satıcı işləyən 27 yaşlı Vasif Məmmədov tanımadığı şəxslə mübahisə edib. O, əvvəlcə döyülüb, ardınca isə bıçaqlanıb. Yaralı halda xəstəxanaya yerləşdirilib.
Binəqədi rayonunda isə 64 yaşlı Mərkəz Quliyev öz evibdə bacısının həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə çəkiclə döyülüb. Ağır bədən xəsarətləri alan Quliyev qohumlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Göygölün Üçtəpə kəndində Gəncə sakini 15 yaşlı Mobil İbrahimov baş və üz nahiyyələrinin kəsilmiş yaraları ilə xəstəxanaya aparılıb. Yaralıya lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.
Cəlilabadın Astanabad kəndində isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüblər. Çağırışa gedən Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının əməkdaşlarına zor tətbiq edilib. Həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev çağırış yerinə vaxtında çatıblar. Onları müayinə etmək üçün getdikləri Ərəstun Məmmədov qarşılayıb.
Polis faktları araşdırır.
- Baxış: 787