KepezTV Player
Naftalan şəhərindəki sanatoriyanın inzibati binasında sürücü, Goranboy rayon sakini Əli Hüseynov müştəri üstündə düşən münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən 31 yaşlı Günay Zeynalovaya xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Zeynalova orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseynov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı kəsilmiş “İJ” markalı tüfəng ondan götürülüb.
- Baxış: 1214