BMW Group, Daimler AG, Volkswagen və Ford avtoistehsalçıları özlərinin Ionity adlı enerji doldurma stansiyalarının necə görünəcəyini nümayiş elətdirib. Avropa magistrallarında quraşdırılacaq bu stansiyalar kompleks şəkildə sürüşkən damı və sadə konstruksiyalı açıq işıqlı məkanı ilə fərqlənəcək. Enerji stansiyasının əsası şaquli pilonda quraşdırılan işıq qutusundan təşkil edilib. Gecələr o, bir növ mayak rolunu oynayacaq. Elektro-stansiyanın özəlliyi hamar səthi, intellektual interfeysi və yüngül materiallarıdır. Konsorsium bu tip 400 ədəd 350 kilovatt gücə malik stansiyanın istismara verilməsini planlaşdırır. İlk 20 kompleksi ötən il düzəldiblər, daha 100 ədədi isə ilin sonuna kimi təhvil verəcəklər. 2020-ci ildə hər şeyin hazır olacağı gözlənilir.
- Baxış: 1018