• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 27.03.2018 14:20

Evdən 200 min manat və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

KepezTV Player

Martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil veriliblər. Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə Dünyamalı Gülalıyevdə olub. Oğurluq fikrini və ünvanı da əlbir olduğu şəxslərə o verib.