• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 26.03.2018 14:29

Samuxda növbəti əkin mövsümü üçün hazırlıq işləri sürətləndirilib

KepezTV Player

Əkin sahələrində bol məhsul əldə etmək üçün düzgün aqrotexniki qulluqla yanaşı, sahələrin vaxtında suvarılması da vacibdir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan Samuxda növbəti əkin mövsümü üçün hazırlıq işləri sürətləndirilib. Fermerlər su sarıdan çəkdikləri zəhmətin hədər gedəcəyindən narahatdırlar.

Kamandar Əliyev - fermer: İldə bir sahəni ən azı 4-5 dəfə suvarmalısan. Ancaq çatdırmaq olmur. Yəni sahələr çoxdur. Ancaq su çatışmazlığıda var. Su olsa məhsulda yaxşı olar.

Yaz mövsümünün gəlişi ilə əkin sahələrinin suvarılması da gündəmə gəlib. Qərb bölgəsinin ən böyük aqrar rayonlarından olan Samuxda təsərrüfat sahibləri qayğılı görünür.

Qəməndər Əliyev - fermer: Lazımı yerlərdə subartezian quyuları vurulsa yaxşı olar. Məsələn bizim Lək kəndində yerli camaat istədiyi suyu ala bilmir. Buda məhsuldarlığa bir başa təsir göstərir.

Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahil Həsənov isə narahatlığa əsas görmür. Rayonun əkin sahələrinin bu il normal su ilə təchiz olunacağını vədd edir.

Rahil Həsənov - Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi: Hal-hazırda onun icrası çox ciddi nəzarət altında həyata keçirilir. Bütün suvarma kanalları eləcə də suvarma mənbələrindən əkin sahəsinə kimi olan məsafədə təmizlik işləri aparılır ki, suvarma suyundan düzgün istifadə olunsun. Bu il suvrama mövsümü başlayanadək tam başa çatdırılacaq.

Samuxda 25 min hektar əkinə yararlı torpaq sahəsi var. Bu sahələrin 10 min 500 hektarında payzılıq səpin aparılıb. 5 hektar isə yonca sahədir. Yerdə qalan ərazi isə yazlıq əkin üçün nəzərdə tutulub.