Gəncə şəhərində Respublika Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmlləşdrilməsinə həsr olunmuş seminar-müşavrə keçirilib. Tədbirdə qərb bölgəsi üzrə ümumilikdə 24 şəhər və rayon polis şöbələrinin əməkdaşları, bu rayonlarda fəaliyyət göstərən 33 dairə seçki komissyasının sədrləri iştirak ediblər.
Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsi məqsədilə seminar-müşavirədə çıxış edən Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili Elmra Süleymanova Azərbaycanda seçki hüququnun təmini sahəsində həyata keçirilən islahatlar, Müvəkkilin seçki hüquqları istiqamətində MSK ilə səmərəli əməkdaşlığı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri və polis əməkdaşlarının seçkidə iştrakı məsələlərinə toxunub.
Elmra Süleymanova - Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili: “Artıq bilirsiz ki, 8 namizədqeydiyyatdan keçib. Hazırda təbliğat və təşviqatın aparılması üçün vaxt ayrılıb. Deyə bilərm ki, hər bir namziəd üçün eyni şərait yaradılıbdır.”
Seminar-müşavrədə Mərkəzi Seçki Komissyasının üzvü Tofq Hüseynov Seçki qanunvericiliy, seçki sistemi, seçki komissiyaları sistemi, səsvermə prosesi, onun mərhələlər və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları haqqında məruzə edib.
Tofq Həsənov - MSK-nın üzvü: “Seçkilərdə polisin maarifləndirilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Seçki komiisyaları və polis orqanlarını birgə fəaliyyətinin nəticəsidir ki, içtimai asayişin tam qorunması sahəsində, o çümlədən seçki hərəkətlərini yerinə yetirilməsi bağlı demək olar ki, heç bir şikayyə olmur və ya edilən şikayyətlər öz əsasını tapmır.”
Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin məsul əməkdaşı Hamlet Hümmətəliyev seçki kampaniyası dövründə və seçkinin keçirildiyi gün içtimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri barədə danışdı. Səsvermədən sonrakı dövrdə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin əhəmiyyətini xüsusi vurğuladı.Seminar-müşavirədə seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi məsələlərinə də toxunuldu. Qeyd olundu ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək, seçki kampaniyası zamanı və onun normal keçirilməsinə maneçilik törətmək istəyən pozucu qüvvələrin niyyətlərinin vaxtında müəyyənləşdirilib qarşısının alınması üçün əməliyyat–profilaktik tədbirlər həyata keçiriləcək.Müşavirə iştirakçıları seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları və seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər barədə məlumatlandırılıb. Seminar-müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara polis əməkdaşlarının seçkidə iştirakına dair yaddaş kitabçası paylanılıb.
- Baxış: 1664