Tovuz rayonunda qadının dəm qazından zəhərlənməsi faktı qeydə alınıb. Rayon sakini 27 yaşlı Nərmin Bayramova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı. Nərmin Bayramovanın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərləndiyi bildirilir.
Elnur Vahidoğlu
- Baxış: 517