• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 22.03.2018 23:27

Göygöldə oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar

KepezTV Player

Rayonun Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən sakini əvvəllər məhkum olunmuş Malik Cəfərovla əlbir olaraq martın 2-dən 3-nə keçən gecə Elxan Əliyevə məxsus şəxsi təsərrüfatından 55 baş xırdabuynuzlu heyvanı Yeni Qızılca kəndində yerləşən fermadan oğurlayıb. Şəxslər martın 11-də ikinci cinayət hadisəsini törədərək, Göygölün Hacıməlik kənd sakini Aydın Hüseynova məxsus evin həyətindəki tövləyə gizli yolla daxil olaraq, iki baş buzovu da oğurlayıblar. Orucla Malik əldə olunan qəniməti satmaq üçün tanışları,Gəncə sakini Rafiq Bayraməliyevə müraciət ediblər. Rafiq də heyvanların oğurluq olduğunu bildiyi halda 3 min manat müqabilində onları alıb. 

Baş verən hadisədə adı hallanan daha bir şəxs dəstə üzvlərindən Hüseyn Oruclunun qeyri rəsmi nikahda yaşadığı Göyçək Salahovadır. İlkin ehtimalla, Hüseyni oğurluq törətməyə də elə o vadar edib.

Oğurlanan heyvanlar tapılaraq, sahiblərinə qaytarılıb. Polis faktlarla bağlı araşdırmaları davam etdirir.