Novruz Bayramı münasibətilə Gəncədə şəhid ailələri, Qarabaq müharibəsi iştirakçıları və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb. Evində bayram əhval ruhiyəsi yaşaması üçün 950-ə yaxın bu kimi kateqoriyadan olan insan sevindirilib. Növbəlilik əsasında verilən ərzaq payının bu gün yekunlaşdırılması nəzərdə tutulur. Gəncə şəhər İcra Hakimiyyəti və Qarabağ Əlilləri Cəmiyyətinin şəhər şöbəsi tərəfindən həyata keçirilən aksiya hər il təşkil olunur.
Ənvər Əhmədov - Qarabağ Əlilləri Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədr müavini: Aztəminatlı ailələrin, Qarabaq müharibəsi iştiakçıları və şəhid ailələrinin elə üzvüləri vardır ki, ytaq xəstəsidilər. Bizdə sovqatı evlərinə aparıb təqdim edib bayramlarını təbrik edirik.
Adil Məmmədov - Qarabağ müharibəsi iştirakçısı: Hər il olduğu kimi bu ildə bizi bayram sovqatı ilə sevindirdilər. Azərbaycan xalqını bu bayram münasibətilə bizdə təbrik edirik, hamıya can sağlığı arzu edirəm.
- Baxış: 1034