KepezTV Player
Saatlı, Sabirabad, Ucar, Kürdəmir, Qax, Zaqatala və Balakən məktəbliləri Göygöldə olublar. Rayonla tanışlığa Heydər Əliyev Mərkəzindən başlayan şagirdlər burada Ümummilli Liderin həyatını, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıblar. Göygölün zəngin tarixi ilə tanışlıqdan sonra agac əkilib. Səfər çərçivəsində aksiya iştirakçıları rayonun sonuncu alman sakini Viktor Klaynın evi, Göygöl Rayon Tarix-Diyarşünaslıq və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanış olublar. İştirakçıların səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub.
Natiq Hüseyn
- Baxış: 692