Google şirkəti Yaponiyanın Akita bölgəsinin Odate şəhərində akita-inu cins itləri ilə Street View panoraması vasitəsilə çəkiliş edib. Adından aydın olur ki, Akita bölgəsi akita-inu cinsinin vətəni hesab olunur. Bu cinsin ən məşhur iti olan Hatikoya məhz buradakı şəhərdə heykəl qoyulub. Google-un panoram çəkilişlərində üç it iştirak edib. Onların bellərinə kiçik kameralar bərkidilib. Bu təchizatla dördayaqlılar və onların sahibləri şəhərin küçələrində və ətrafında gəzişib. Google rəsmiləri söz verirlər ki, Odate şəhərinin görüntü kolleksiyasını zənginləşdirəcəklər. Amma itlərin gələcək işlərə cəlb olunacağı barədə məlumat verilmir.
- Baxış: 760