Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində fırtınalı hava şərati və texniki nasazlıq səbəbidən sahildən 10 km məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb. Batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Süleyman Həsənov və Əbdülhüseyn Həsənov olmaları müəyyən edilib.
- Baxış: 566