“Gəncə çay” park-bulvar kompleksi “Atalar və qızlar” festivalına ev sahibliyi edib. BMT-nin Əhali Fondu, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutan festival Niderland Krallığının Azərbaycandakı Səfirliyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşıb.
“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutan festivalda atalar və qızlar olduqca əyləncəli anlar yaşayıblar. Qızlar arasında təşkil olunan pazl və rəsm yarışmaları, sehirbaz şousu, kloun və müxtəlif cizgi film qəhrəmanları maraqla qarşılanıb.
Festivalın gedişatında atalar və qızların iştirakı ilə “Səssiz film”, “Uşaqdan al xəbəri”, “Saç hörmə” kimi müxtəlif yarışlar və viktorinalar da baş tutub. Gəncə Dövlət Kukla Teatrının kollektivi fərqli tamaşalardan səhnəciklər təqdim edib.
Oğlan Uşaqlarına Verilən Üstünlüyünün Qarşısının Alınması və Qızların Dəyərinin Təbliği üzrə Qlobal Proqram çərçivəsində həyata keçirilən “Atalar və Qızlar” festialı Gəncədən əvvəl Bakıda baş tutub.
Gülnar Fazilqızı
- Baxış: 643