Aston Martin şirkəti Cenevrə şəhərində keçirilən avtomobil sərgisində Valkyrie hiperkarının AMR Pro modifikasiyasını təqdim edib. Maşın 1 tondan artıq sıxma gücü generasiya edir, motorun at gücü isə 1115-ə bərabərdir. Bu göstəriciyə nail olmaq üçün mühəndislər “Valkiriya”nın hər bir aerodinamik elementini nəzərdən keçiriblər. Hiperkarın kuzovu dəyişib, arxa və ön qanadları genişləndirilib. Eyni zamanda, aktiv komponentlərin iş alqoritmi də dəyişib. Kuzov panelləri və asmanın uzun lingləri karbon lifli plastik materialdan, yan və ön şüşələr isə polikarbonatdan hazırlanıb. Hiperkara yüngül buraxılış sistemi quraşdırılıb. Modelin təchiz olunduğu hibrid sistemi 6,5 lirtlik V12 Cosworth mühərrik və Formula-1 avtomobillərindəki enerji bərpa edən sistemdən ibarətdir. Maksimal sürət 360 km/saatdır.
- Baxış: 576