• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 09.03.2018 13:11

Dəniz sərhədini pozan İran vətəndaşları tutulub

KepezTV Player

Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub. Üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə 2 saat 5 dəqiqə müddətində təqib edilib. Layner tipli üzmə vasitəsindəki şəxslərin İran vətəndaşları - Mehran Yusif və Camzəmi İsmayıl olmaları müəyyən edilib. Onların üzərində 2 ədəd telefon, 1 ədəd GPS qurğusu, fənər, bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub. Sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik araq aşkar olunub. İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə pivənin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub. Qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.