• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1661
— 07.03.2018 14:59

Samuxda 6 yaşayış massivini birləşdirən yol yenidən qurulur

KepezTV Player

Samuxda daha 3 kəndin sakinləri üçün şad xəbərimiz var. İstehsal etdiyiniz məhsulların bazara çıxarıılması və gediş-gəlişiniz asanlaşacaq.

Uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunun hərəkət hissəsi deformasiyaya uğrayıb. Suötürücü borular sıradan çıxdığından yolda yaranan çökmələr və çatlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Vüqar Əliyev – sürücü: “Xeyli müddətdir ki, bu yoldan istifadə edirəm. Yollarımız bərbad vəziyyətdə idi. Həftədə bir dəfə avtomobilini qırılan hissələrinə pul xərcləyirik. Çox pis vəziyyətdə gedib gəlirik. İndi şükürlər olsun yollarımızı düzəldirlər. Yaya kimi işlər tam yekunlaşsa bizdə rahat gedib gələrik”

Uzunluğu 13 km-ə yaxın olan yoldan istifadə edən 5 minə yaxın rayon sakini də vaxt itkisi ilə üzləşir. Xüsusilə də fərdi təsərrüfatlarda istehsal edilən kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasında müəyyən çətinliklər yaşanır.

Mirzə Şərifov – sakin: “Qırmızı Samux - Gəncə yolu illərdir bərbad vəziyyətdədir. Sovet dönəmində çəkilmişdi və istismar müddətini çoxdan başa vurub. Ona görə də bu yolun yenidən çəkilməsinə böyük ehtiyyac vardı. Arzu edirik ki, çəkilən bu yol tezliklə başa çatsın. Kənd təsərrüfatı məhsullarının daşınmasına bu yol bizə kömək olacaqdır. Bundan sonra rahat gedib gələcəyik”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 kəndi birləşdirən yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək.

Baloğlan Şeydayev – sahə rəisi: “Hamarlayıcı layı yekunlaşdırandan sonra yol geyiminin üst qatının yəni sıfırlanma həyata keçirəcəyik. Bu işlərimiz yekunlaşandan sonra asfaltlanma aparılacaqdır. İşlətin may ayının sonunda yekunlaşdırılması nəzərdə tutulubdur. Layihədə bir aşırımlı körpümüzdə nəzərdə tutulubdur artıq onunda tikintisinə yaxın zamanlarda başlayacağıq”

Samuxda uzunluğu 18 km-dən çox olan Çobanabdallı-Lək-Əlibayramlı avtomobil yolu da yenidən qurulur.