Martın 4-də paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verən dava zamanı, naməlum şəxs paytaxt sakini Yaşar Məmmədova bıçaqla xəsarət yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra hadisə yerindən yayınıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları onun axtarışlarına başlayıblar.
Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədovla həmin ərazidə kirayə yaşayan Amin Kazımov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Hadisənin baş vermə anı həmin ərazidə quraşdırılan kameralar vasitəsilə lentə alınıb. Mübahisə zamanı Aslanov Yaşar Məmmədova 7 bıçaq zərbəsi vurub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı 25-ci Polis Bölməsində toplanan material Nizami Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı cinayət işi başlanılıb və Amin Kazımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 1333