Komblenç-Landau universitetinin bir qrup mühəndisi Tiago robot köməkçisinə lazım olan pivə sortunu gətirməyi öyrədiblər. Layihə Nvidia şirkəti tərəfindən təşkil olunan Jetson Developer Challenge müsabiqəsi çərçivəsində reallaşdırılıb. Bu yarışmada müxtəlif ölkədən olan mühəndislərə modullu NVIDIA Jetson TX2 superkompüter dəstindən yararlanmağı təklif ediblər. Qaliblər üçün pul uduşu, NVIDIA TITAN Xp videokartı, təlim kursları və GTC 2018 kompüter konfransına getmək nəzərdə tutulub. Almanlar da bu müsabiqədə iştirak edərək Tiago Jetson TX2 adlı robotlarının bacarığını nümayiş elətdiriblər. Onlar superkompüterdən robotun vizual sistemi üçün yararlanıblar. Bunun köməyilə Tiago qonşu otaqda yerləşən soyuducuya qədər gedir, onu açır, lazım olan marka pivəni seçir, götürür, daha sonra soyuducunun qapısını örtərək xanım mühəndisin yanına qayıdır.
- Baxış: 578