Bavariya atelyesi Alpina, BMW X3-ün bazasında yığılan XD3 krossoverini nümayiş elətdirib. Maşın modernləşdirilmiş 6 silindrli motor, yeni asma və tam ötürücü sistemin özəl rejimi ilə təchiz olunub. Gücləndirilmiş yolsuzluq avtomobilinin satışları ilin ikinci rübündən başlayacaq. 3 litr həcmi və 4 turbini olan motor 388 at gücündədir. İlk “yüz”ə çatmaq üçün maşına 4,6 saniyə vaxt lazımdır. XD3-ün maksimal sürəti 266 km/saatla məhdudlaşır. 100 kilometrə 9 litr yanacaq işlədən offroudun təchizat siyahısında elektronla idarə olunan amortizatorlar, arxa oxda özü kilidlənən differensial, 20 ya da 22 düymlük disklər, həmçinin xDrive tam ötürücü sisteminin xüsusi parametrləri yer alıb.
- Baxış: 488