• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 05.03.2018 13:24

Sahibkarlara hədə-qorxu gələrək pul qazanmaq istədilər

KepezTV Player

Ağsunun sahibkarlıq obyektlərində yoxlama adı ilə dələduzluq edərək iş adamlarından pul tələb edən şəxslər saxlanılıblar. Rayon Polis Şöbəsinə edilən şikayətlər əsasında araşdırma aparılıb. Müəyyən edilib ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov adlı şəxslər qanunsuz yoxlama fikrindən pul qazanmaq istəyinə düşüblər. Onlar Cəlal Şahbazova məxsus ət dükanına və Əlvan Həmidova məxsus ərzaq mağazasına gələrək, orada işçilərin əmək müqaviləsinin olub-olmadığı, vaxtı keçmiş məhsulların satılıb-satılmadığı ilə maraqlanıblar. Obyekt sahiblərindən öz bank hesablarına hər ay 25 manat pul köçürmələrini tələb ediblər. Əks təqdirdə aşkar etdikləri nöqsanlar barədə dövlət orqanlarına məlumat verəcəklərini deyərək hədə-qorxu gəliblər. Saxlanılan şəxslərdən Ramazan Kərimov üstəlik jurnalist olduğunu da bildirib.

Dələduzluqda təqsirləndirililən şəxslər özləri qanun qarşısında cavab verməli olacaqlar.

 

Zülfiyyə Telmanqızı