• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 03.03.2018 14:38

Samuxun kəndlərində də məhsul yarmarkası təşkil olunur

KepezTV Player

Kənd təsərrüfatı məhsullarının bazaar qiymətlərindən 25-30 faiz ucuz satılması samux sakinlərini sevindirib. Novruz bayramı ərəfəsində təşkil edilən satış yarmarkası bu dəfə rayon mərkəzi ilə yanaşı kəndlərdə də təşkil edilib. Sərkar kəndində yerli istehsalçılarla yanaşı ətraf rayonlardan gələnlər də məhsullarını alıcılara təklif edib. Ümumilikdə 500 tondan çox müxtəlif çeşiddə olan məhsullardan meyvə-tərəvəz, ət və ət məhsullarına tələbat daha çox olub. Satışıa çıxarılan ət və ət məhsulları, quş əti baytar həkimlər tərəfindən müayinə edilib. Yarmarkanın keçirilməsi fermerlərin məhsullarını bazara çıxarmasına, emal müəssisələri və alıcılar arasında əlaqə yaratmağa, bazarlarda süni qiymət artımının qarşısını almağa imkan yaradıb. Kənd təsərrüfatı məhsullarının satış yarmarkası martın sonunadək hər həftənin şənbə və bazar günləri təşkil ediləcək.

Bənövşə Məhərrəmova sakin: Ət balıq keçi əti aldım. Hamısını yaxşı qiymətlərlə aldım. Bu bizə çox əlverişlidir. Belə yarmarkalardan tez-tez təşkil eləsinlər. Rayona bazarlığa getmədik.

Xaliq Əliyev sakin: Yarmarkadan 8 manat 50 qəpiyə ət aldım . Bazarda 11 manata verirlər. Qiymətlər çox yaxşıdır. Bayramımızın bazarlığını edirik. Çox sağolsunlar.

Natiq Hüseyn