KepezTV Player
Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumat daxil olub. Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu qeyd edilən ünvana yollanıb. Narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini, İman Zamanov saxlanılaraq idarəyə gətirilib. Saxlanılan şəxsin üzərində axtarış keçirilən zaman ona məxsus çantadan 15 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 819