KepezTV Player
Abşeronda bıçaqlanma hadisəsi baş verib. 34 yaşlı Kəmalə Ağayeva dükandan ərzaq alıb evə qayıdan zaman yeniyetmə oğlunun hücumuna məruz qalıb. Oğlu Ağayevaya mətbəx bıçağı ilə 4 zərbə endirib. Yaralı qadın ətrafdakı insanları köməyə çağırıb. Qonşuları onu xəstəxanaya çatdırıblar. Əməliyyat edilən Kəmalə Ağayevanın vəziyyəti ağırdır. Yeniyetmə isə hadisə yerindən qaçıb. İlkin məlumata görə, o, anasından pul istəyib. Qadın imtina etdiyindən məlum olay yaşanıb. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
- Baxış: 945