KepezTV Player
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ələt qəsəbəsində 34 yaşlı Cəlil İslamov anası 74 yaşlı Zərnişan İslamovanı taxta parçası ilə döyüb, sonra isə boğub. Ağır bədən xəsarətləri alan qadın digər ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Anasını ölümcül döyən oğulun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. O, saxlanılaraq istintaqa təhvil verilib. Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir.
- Baxış: 791