KepezTV Player
Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayan Feyzulla Müslümov ərizə ilə Polis İdarəsinə müraciət edərək yaşadığı evə açarseçmə yolu ilə daxil olan naməlum şəxslərin oradan 2 ədəd ov silahını oğurladığını bildirib. Hüquq mühafizə orqanı əməkdaşları qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənləri yaxalayıblar. Zərərçəkmişin qonşusu olan Süleyman Səmədov və əvvəllər iki dəfə məhkum olunmuş, Fuad Əliyev istintaqa təhvil verilib. Odlu silahlar şəxslərin onları gizlətdikləri yerdən aşkar edilərək götürülüb. İlkin dindirmə zamanı Səmədov oğurluğu qisas almaq məqsədi ilə törətdiyini bildirib.
- Baxış: 649