KepezTV Player
Qaxda bıçaqlanma hadisəsi olub. Belə ki, atasını başqa bir şəxsin təhqir etdiyini görən gənc mübahisəyə qarışıb. Amma onun bu müdaxiləsi qanı bahasına başa gəlib.
Hadisə Qaxın Nizami parkı ərazisində baş verib. Mübahisə zəminində Qax sakini, 28 yaşlı Nüsrət Hilal oğlu Əliyev bıçaqlanıb.
Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Hadisəni Rufət adlı şəxsin törətdiyi bildirilir. O, keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
- Baxış: 806