Abşeron rayonunda yaşayış evi qarət edilib. Naməlum şəxs və ya şəxslər oradan xeyli pul, qızıl-zinət əşyaları aparıblar.
Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində, Yeni yaşayış massivində baş verib. Gecə saatlarında Gülağa İbayevə məxsus ev yarılıb. Ev sahiblərinin yoxluğunu fürsət bilən naməlum şəxs və ya şəxslər mənzilə daxil olaraq oradan nağd pul və qızıl-zinət əyaları aparıblar. Gülağa İbayevə ümumilikdə təxminən 7 min manat ziyan vurulub.
Hadisədən ancaq səhər saatlarında ev sahibinin qaynı xəbər tutub. Onun bildirdiyinə görə, “çağırılmamış qonaqlar” mənzilə hasardan aşaraq daxil olublar.
Elgün Əliyevin sözlərinə görə, hadisədən bir müddət əvvəl ərazidəki elektrik xətti də kəsilib. Faktla bağlı polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirblər və barmaq izləri götürülüb. Cinayəti törəsən şəxs və ya şəxslərin axtarışına başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 550