Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2018 13:43
Çoxsaylı oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
KepezTV Player
Gəncədə çoxsaylı oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əməliyyatı Kəpəz RPİ-nin əməkdaşları keçiriblər. Saxlanılan Gəncə şəhər sakini Azər Qurbanov ötən il dekabrın 13-dən bu il fevralın 13-dək olan müddətdə şəhər sakini olan 2 nəfərin ciblərindən mobil telefon və pul, rayon ərazisindəki 5 evdən inşaat materialları və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinir. Faktlar üzrə araşdırmalar davam etdirilir.
- Baxış: 970
