Mövsümün sonunadək tamaşalara təqdim ediləcək səhnə əsərlərinin yaradıcıları qastrola da hazırlaşır.
Səhnədə dayanan kişi və qadın. Bunlar birbirilərini sevsələr də zaman-zaman xəyanət edib, yalan söyləyiblər. Nəticədə tərəflər arasında baş verən münaqişəni aradan qaldırmaq üçün oyun qurulur və sonda sevginin gücü bunları yenidən qovuşdurur. Gəncə Dövlət Dram Teatrında türk yazarı Tuncer Cucenoğlunun “Matryoşka” romantik komediyasının motivləri əsasında hazırlanan tamaşanın sujet xətti belədir.
Elşad Əhmədov - Gəncə Dövlət Dram Teatrının quruluşçu rejissoru – Tamaşanın özünün olmağı və tamaşanın stili var ki, bir baxdığımız tamaşa, bir də onun içində aktyorların özlərinin yaşadıqları həyatı oyuna çevirmələri bütün bunlar özü bir yenilik olacaqdır.
Pərvanə Qurbanova - xalq artisti – Qadının sevgi üzərində sevgisi, öz hissləri üzərində çarpışması, vuruşması obrazıdır. Sevə-sevə yaradıram.
Yusif Cəfəov - aktyor –Kişi obrazı şorgözdür. Hər gün bir qadınla görüşən kişilərdəndir. Tamaşaçının rəğbət bəsləyəcəyi obrazlardan deyil.
Teatr mövsümünün sonuna kimi daha üç tamaşanı təhvil verəcək Teatr kollektivi xarici ölkələrə qastrol səfərlər üçün dəvətlər də alıb.
Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru – Onlardan biri iyulun 15-dən sonra Gürcüstanda keçirilən möhtəşəm teatr festivalıdır. Orada Nodar Dumbadzenin yaradıcılığı ilə bağlı əsərlər iştirak edəcək. Həmin səfərə İradə Gözəlova yeni bir mövzu üzərində işləyir və həmin tamaşa ilə səfər etməliyik. Bundan əlavə oktyabırın 5-15-nə kimi Moskvada keçirilən möhtəşəm festivala teatrımız dəvətlidir.
Gəncə Dövlət Kukla Teatrı isə balaca tamaşaçılarını Əhməd Orucun “Zınqrovlu pişik” əsəri ilə sevindirəcək. 6 aktyorunun rol aldığı tamaşada məşqlərlə paralel olaraq yeni kuklalar da düzəldilir. İlk dəfə isə səhnədə həmin kuklalar canlı aktyorla sintez olunacaq.
Fərmayıl Paşayev - quruluşçu rejissor – Tamaşanın əsas məğzi ondan ibarətdir ki, etibar olunan işə etinasız yanaşma, siçanlar arasında olan dostluqdan söhbət gedir. Üçüncü Şəki teatr festivalı çərçivəsində isə “Sərhədsiz tetar” festivalı keçiriləcək. Bizim payımıza isə qonşu rayon olan Göygöl düşüb. May ayının 15-də teatr orada göygöllü balaca tamaşaçıların qarşısında Üzeyir Hacıbəylinin Məşədibat tamaşası ilə çıxış edəcək.
Xudayət Əsgərova əməkdar artist –Mən burada anbardar rolunu oynayıram. Tələ qurur ancaq siçanı tutmayıb anbar dağılır. Pişiyə etibar edir ki, bəlkə pişik bunun öhdəsindən gələ bu da alınmır.
Nahidə Namazova - aktrisa – Mən balaca siçan obrazını yaradıram. Ərkəsöyün olduğu üçün böyüklərə yeni-yeni təkliflər edir. Bu niyyətlə məstanı zəbt edirik.
Hər iki tetarın səhnəsində məşqləri gedən bu tamaşaların martın 10-da Azərbaycan Milli Teatrının 145 illiyi ilə əlaqədar keçirilən tədbirdə premyerası olacaq.
Elnur Vahidoğlu
- Baxış: 585