• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 15.02.2018 15:00

Şəmkirlilər tibbi aksiyanı yüksək qiymətləndirir

KepezTV Player

Fevralın 12-dən start götürən əhalinin kütləvi tibbi müayinəsi Şəmkir rayonunda davam edir. Rayon mərkəzi ilə yanaşı 3 səyyar briqada tərəfindən kəndlərdə də səhiyyə xidməti göstərilir.

Şəmkirdə gündəlik olaraq 200-ə yaxın rayon sakini həkim nəzarətindən keçir.

Nüşabə Səfərova sakin: Hər il biz gəlib bu tibbi müayinədən keçirik. Şükürlər olsun ki, səhhətimzidə heç bir problem çıxmadı. Buda bizi sevindirir. Və özümüzə əminlik yaradır.

Arif Ələsgərov sakin: Məndə bu gün tibb müayinəyə gəldim. Müayinələrdən keçdim. Həkimlər çox gözəl xidmət etdilər. Heç bir xəstəlik aşkarlanmadı. Sağ salamat müəllim kimi çalışıram.

Gənclərdən ibarət terapevt, cərrah, nevropataoloq, uroloq, ginikoloq, oftolmoloq və digər ixtisaslı həkimlər rayon mərkəzi ilə yanaşı kəndlərdə də müayinələr aparır.

Arif Sadıqov Şəmkir Rayon Poliklinikasının müdiri: Məqsədimiz odur ki əhali arasında olan xəstəlikləri vaxtında aşkar edək. Çünki nə qədər xəstəliyi vaxtında aşkar etsək müalicəsi o qədər asan olur. Eyni zamanda sevindirici halda odur ki yolxucu xəstəliklərə qarşı bu tədbirlərədn sonra daha tez mübarizə aparmaq olur. 

Müayinələrin gedişi və əhaliyə göstərilən xidmətə Şəmkirdə tibbi müayinənin təşkili ilə əlaqədər yaradılan xüsusi komissiya nəzarət edir. Mayın 12-dək davam edəcək aksiyada 214 mindən çox əhalinin iştirakı planlaşdırılır.

Natiq Hüseyn