Bakida insan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıblar.Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və DTX-nın yerli idarəsinin əməkdaşları birgə əməliyyat həyata keçiriblər. Nəticədə Ağcəbədi rayon sakinləri Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman iş başında yaxalanıblar. Araşdırma zamanı məlum olub ki, Adəm İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra Hacı Qurbanov maddəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.Qeyd edilən faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
- Baxış: 819