Gədəbəydə bədbəxt hadisə baş verib. Rayon sakini 69 yaşlı Pəri Rəsulova öz həyətində yıxılaraq xəsarət alıb. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, ordan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Qadına sol bud sümüyünün sınığı diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Palataya yerləşdirilən Pəri Rəsulovun vəziyyəti orta-ağırdır.
Elnur Vahidoğlu
- Baxış: 790