Aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərə hazırlıq məqsədilə 101 saylı Göygöl-Daşkəsən Dairə Seçki komissiyasının 74 məntəqəsi üzrə 42 min 108 seçicinin qeydiyyatı aparılıb və dəqiqləşmə prosesi davam etdirilir. Dairənin bütün məntəqlərinin fəaliyyəti bərpa olunub, lazımı invertarlarla təmin edilib. 7 məntəqədəki veb kameralar işlək vəziyyətə gətirilib. 51 məntəqədə ilkin olaraq 45 mindən artıq seçicinin siyahıya alındığı 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasında da ilk dəfə səs verəcək şəxslərin, dünyasını dəyişən, ərazi üzrə qeydiyyatdan çıxan və düşən vətəndaşların adları dəqiqləşdirilir. Fevralın 15-dən Dairə üzrə dəqiqiləşdirilən seçici siyahıları Seçkiləri İnformasiya Mərkəzinə ötürləcək. Seçkilər Samuxda 44 və Şəmkir rayonunda isə 7 məntəqəsində aparılacq.
Bayram Qasımov - 102 saylı DSK-nın sədri: 5 məntəqəmiz Samux rayonunu ucqar ərazisində yəni, Gürcüstanla həmsərhəd zonada yerləşir.Həmin məntəqlərimizdə belə problemlərimiz yoxdur. Həmin məntəqələrimizdə lazımı avadanlıqları təchiz olunubdur. Məntəqələrimzi yeni tikilən məktəb binalarında yerləşdirmişik. Demək olar ki, məntəqələrimiz prezident seçkilərin tam hazırdır.
Xaliq Qurbanlı
- Baxış: 808