• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 14.02.2018 14:50

Gəncədə 238 minə yaxın sakin profilaktik müayinələrə cəlb olunacaq

KepezTV Player

Gəncədə 18 yaşdan yuxarı 238 minə yaxın sakinin praflaktik tibbi müayinədən keçirmək planlaşdırılıb. Şəhərdə yaradılan xüsusi komissiya dispanserizasiyanın planlı şəkildə aparılmasına nəzarət edəcək.  

Tükazban Məmmədova - Gəncə Şəhər 6 № poliknikanın şöbə müdiri – “Xəstələrin çoxu onlardan hipertaniya xəstəliyinin olmasını, gözünün zəif olmasını bilmir. Həmçinin mədə xəstələri var ki, onlar uzun müddətdir qasritdən müayinə olunur müalicə alır. Lakin biz aşkarlayırıq ki, onlarda xərçəng önü xəstəliklər əmələ gəlir. Bu xərçəng önü ümumiyyətlə qorxulu xəstəliklərin vaxtında aşkarlanmasında bizə çox kömək edir”.

Bunun üçün Gəncədəki ərazi poliknikalarına müraciət edənlər profilaktik baxışdan keçirilir, xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib. Zərurət yarandığı halda Bakıdakı ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş verilir.

Durdanə Poladova sakin – Mən özüm şəkər xəstəsiyəm. Qaraciyərimdə ağrı var. Ağrılar olduğuna görə bu gün tibbi müayinələrdən keçməyə gəlmişəm. Məni yaxşı qarşıladılar. Çox sağ olsunlar.

Ülfət Rzayev sakin – Mən bu gün bura tibbi müayinəyə gəlmişdim. Bir az soyuqlamışam. Sağ olsun həkimlər müayinə elədilər, resept yazdılar. Çox razıyıq.

Əhalinin dispanserizasiyası üçün Gəncədə 6 poliklinikaya müraciət etməklə qeydiyyat vərəqə alınmalı və növbə üsulu ilə müayinələrdən keçmək olar.

Akif Zərbəliyev Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini – Ötən illərdən fərqli olaraq bu ilə daha məsuliyyətlə, daha səmərəli tibbi müayinələr keçirməyə çalışamışıq. Sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, zərurət yaranadığı hallarda stasionar müalicə aparılması, əhali arasında daha çox sanitar maarif işlərinin aparılması nəzərdə tutulub. Qəsəbə icra nümayəndələri ilə, şəhər icra hakimiyyətinin dəstəyi ilə işləyən müəsisələrin rəhbərləri ilə işgüzar əlaqələr qurulub. Bu tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin aparıcı mütəxəsislərindən ibarət işçi qrupunun da bölgələrə o cümlədən Gəncə şəhərinə səfəri həyata keçiriləcəkdir.

Gəncədə ötən il keçirilən tibbi müayinələr zamanı 18 yaşdan yuxarı 228 mindən çox vətəndaşın səhhəti yoxlanılıb. Bu il isə bu rəqəm 10 minə yaxın çoxdur.

 

Elnur Vahidoğlu