Gəncədə Nizami prospektinin 50 metrədək genişləndiriləcək Gəncəçaydan mərkəzi kitabxanayadək olan hissəsində 10 ədəd 9 və ya 12 mərtəbəli binalar inşa ediləcək. Bir o qədər də müxtəlif təyinatlı sosial obyektlər Çəncəçay bulvarının 1,5 km-lik sol sahil hissəsində tikiləcək. Yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Gəncədə yeni yaşayiş binalarının inşası ilə əlaqdar memarla şəhər rəhbərliyinin görüşündə sözügedən ərazidə söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binaların inşası zamanı qədimliyi qoruyub saxlamaqla müasirləşməyə üstünlüyün verilməsinin önəminə toxunulub. Plana uyğun olaraq binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzləri, digər mərtəbələrində isə mənzillər yerləşəcək. Evi söküləcək 150-ə yaxın ailə həmin mənzillərdə yerləşdiriləcək. Yerdə qalanları isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Gəncədə hərəkətin sıxlığının aradan qaldırılması üçün görülən işlər tək şəhər mərkəzini əhatə etməyəcək.
Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: Rüzigar Qasımov küçəsində isə köçürüləcək 47 ev var. Həmin evlərin sakinləri üçün də yeni evlərin inşası və ya ailələrin mənzillə təminatı da qarşıda duran vəzifələrdəndir.
- Baxış: 1864