• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 12.02.2018 10:03

Soyğuçuları qorxudan rəqəmsal video rekorder hazırlandı

Apple-in eks əməkdaşı, iPod və iPhone istehsalı ilə məşğul olmuş Owl şirkətinin banisi Endi Hoc “ağıllı” Car Cam adlı rəqəmsal video rekorder hazırlayıb. Qurğu dinamik sistemi ilə təchiz olunub, bununla smartfona yüklənmiş proqram vasitəsilə maşındakı insanlarla əlaqə yaratmaq olar.Qacet iki kameraya malikdir: onlardan biri yol tərəfə quraşdırılıb, ikincisi isə salondadır. Video yazı dayanmadan davam etdirilir. Cihaz videonu bulud texnologiyasının servislərində saxlaya bilər. rəqəmsal video rekorder ara vermədən işlədiyindən avtomobilə müdaxilə və ya zərbələr də qeydə alına bilər. Istənilən hadisədə avtomobil sahbinin smartfonuna bildiriş gəlir. Proqram təminatçısı iOS 11 və ya daha sonrakı sistemləri dəstəkləyən qacetlərə yükləmək olar. Owl Car Cam maşının kompüter diaqnostikasına naqillə birləşir. Car Cam-ın hər iki kamerası 4 meqapikseldir və fokus məsafəsini sabitləşdirir. Video görüntülər saniyədə 30 kadr sürətlə çəkilir. Yola baxan kamera 1440p, daxildə yerləşdirilən isə 760p ölçüsündə çəkmək qabiliyyətindədir. Smartfona ötürülən video 480p formatında göstərilir. Car Cam 2,4 düymlük sensor ekran, eləcə də maşının içərisinə cinayətkarın daxil olduğu an onu qorxutmaq üçün işə düşən GPS-treker və xüsusi rejimli LED işıqlanma təmin olunub. Qurğunu 1996-cı ildən sonra buraxılan avtombillərə quraşdırmaq mümkündür. Qacet -20 dərəcədən müsbət 49 temperaturadək olan hava şəraitində işləyir. Owl Car Cam-ın qiyməti 349 dollardır.

 

Cavanşir Məmmədzadə