• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1288
— 09.02.2018 15:12

Dünya Bankının nümayəndəsi Aqrar Universitetin nəzdində yaradılan ferma ilə tanış olub

KepezTV Player

Dünya Bankının Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığı çərçivəsində inşa edilən ferma tələbələrin təcrübə keçməsi və istehsal edilən məhsulun realizəsi baxımından əhəmiyyətlidir. Gəncədə olan Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Mersi Tembon qurumun ayırdığı vəsaitin real nəticəsi ilə tanış olub.

Zöhrə Babayeva – tələbə: “Bizim bir neçə layihəmiz olub. Dünya Bankı hər zaman bizim bu layihələri dəstəkləyib. Biz tələbələr üçün müxtəlif sero-sorğular, treninglər təşkil edib. Dünya Bankının layihəsi olaraq bizim universitetimizdə ferma inşa edilib. Treningdə oyrəndiklərimizi, sero-sorğularda öyrəndiklərimizi biz öz fermamızda da tədbiq edə bilirik. Bu da bizim üçün çox müsbət haldır”.

ADAU-nun Tədris-Təcrübə Ferma Kompleksi Dünya Bankının dəstəyi ilə ölkədə reallaşdırılan 2000-ə yaxın mikrolayihədən biridir. Son 20 ildə aqrar sahədə bank tərəfindən ümumi dəyəri 380 milyon manatdan çox olan 9 layihə maliyyələşdirilib ki, onun da 3-nün icrası davam edir.

Seyfəddin Talıbov – kənd təsərrüfatı nazirinin müavini: “Bu layihələr içərisində mən xüsusi ilə özəlləşdirmə sahəsində torpaq islahatlarının həyata keçirilməsi, infrastrukturun yaradılması, meliorasiya işlərinin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafına dəstək layihəsi, kənd yerlərinin inkişafına dəsətək layihələrini qeyd etmək istəyirəm. Hazırda bir neçə layihə çox uğurla davam edir. Bu layihələrdən, mən xüsusi ilə rəqabət qabiliyyətinin gücləndirilməsi və AZKİL 2 layihəsini qeyd etmək isteyirəm. İlk dəfə olaraq ölkəmizdə rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi çərçivəsində bütövlükdə ölkənin iribuynuzlu heyvanları arasında bruselioz xəstəliyinə qarşı tam sürü prinsi ilə çox geniş bir tədbir həyata keçirildi”.

Bankın dəstəi ilə Samux və Şəmkirdə reallaşacaq sub-layihələr isə yerli şitil, tərəvəz toxumu və kişmiş istehsalını hədəfləyir və ixrac imkanları yaradacaq.

Mersi Tembon -  Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru: “Hesab edirik ki, növbəti 10 ildə Azərbaycanla çox uğurlu tərəfdaşlıq quracağıq. Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalında sadəcə daxili yox, xarici bazarı da hədəfləyir. Beynəlxalq ticarətə qoşulur. Bu həm istehsalçılar, həm ixtacatçılar, həm də alıcılar üçün faydalıdır. Bu da Dünya Bankının müştərək rifah, müştərək artım konsepsiyasına tam uyğundur”.

Azərbaycan 25 ildir ki, Dünya Bankına üzvdür. Bu illər ərzində Dünya Bankı ölkəmizdə smeta dəyəri 3.4 milyard olan 50 layihə maliyələşdirib. Hazırda bu layihələrdən 10-nun icrası davam edir.

 

Gülnar Fazilqızı