Xaricdən Azərbaycana yüngül və ağır sənaye, süd və süd məhsullarının, tekstilin, kənd təsərrüfatı məhsullaırının kütləvi şəkildə ixracı ölkədən valyuta axınına səbəb olur. Bunun üçün ölkədə daxili bazarı təmin edən və ixracı mümkün olan məhsul istehsalının həyata keçirilməsi vacib sayılır. Ona görə də kiçik və orta sahibkarlığın inkişafına diqqət dövlətin prioritetlərindəndir.
Sahibkarların iqtisadi və hüquqi biliklərə sahib olmaları və bazarı düzgün araşdırması vacibdir. Bunun nəticəsində məhsulun realizəsi və xaricdə azərbaycan brendi kimi tanınmasına şərait yaradır.6 minə yaxın üzv olan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva uğur qazanmağın mümkün olduğu sahələri açıqlayır.
Zemfira Ağayeva Sahibkar Qadınlar İctimai Birliyinin sədri: Əsas onları araşdırırq ki, sərmaya qoyulacaq sahələr hansılardır. Hansı sahələr ki, dövlət sahibkara daha çox dəstək olur. Mən deyərdim ki, kənd təsərrüfatı sahəsi, tekstil sahələri və eyni zamanda Azərbaycanda məhsulların qablaşdırılması çox aşağı səviyyədədir.
Bu gün Azərbaycan bazarında tekstilin böyük əksəriyyəti qonşu ölklərdən gətirilir. Bu sahədə fəlaiyyət gösətərən yerli sahibkarlar isə xammalı xaricdən aldıqları üçün yerli məhsulların maya dəyəri baha başa gəlir. Bu da bazarda sağlam rəqabətin aparılmasına, məhsulun keyfiyyətinə və qiymətinə bir başa təsir göstərir.
Afət Əliyeva sahibkar: Yataq dəstləri, geyimlər tikirik. Məhsullarımız ölkə bazarı üçün nəzərdə tutulur. Parçalarımız Türkiyədən gətirilir, düymələrimiz, saplarımız və iynələrimiz də xaricdən gətirilir.
Bu baxımdan yerli istehsalı stimullaşdırmaq, sahibkarları bu sahəyə cəlb etməklə yaradılan məhsulları milli brend olaraq xarici bazarlara çıxarmaq mümkün olar. Mütəxəssislər bu fikirdədir.
Səbuhi Yusifov ATU-nun prorektoru: Bizim üçün bu gün əhəmiyyətli olan odur ki, biz yerli brendlər adı altında öz məhsullarımız buraxaq. Bu gün Azərbaycanın kifayyət qədər imkanları vardır ki, xarici ölkələrdən texnologilar gətirilərək tətbiq olunsun. Biz çalışmalıyıq ki, həmin texnologiyaları yerli potensial hesabına formalaşdıraq
Sahibkarlara istehsal etdikləri məhsulları azexport.az portalı üzərindən satmağı məsləhət bilən mütəxəssislər bununla xaricdə made in Azərbaycan brendinin tanınmasına və daha çox gəlir əldə etməyin mümkünlüyünə diqqət çəkirlər.
- Baxış: 1314