• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 08.02.2018 10:54

8 Ford modeli bir-birilə yarışdı

Ford şirkəti və Ford Chip Ganassi Racing yarış komandası markanın 8 gücləndirilmiş və idman xarakterli modelini bir-birilə yarışdırıb. Barselona yaxınlığında baş tutan gedişdə Ford F-150 Raptor pikapı, model ili 2017 olan Fiesta ST və yeni nəsil Fiesta ST, Focus RS, Mustang GT, Mustang GT350R, eləcə də Ford GT superkarı və onun Le-Man üçün versiyası iştirak edib. Onların arasında ən zəifi 1,6 litrlik 182 at güclü EcoBoost mühərrikli Fiesta ST, ən güclüsü isə 3,5 litrlik 655 at güclü motora sahib Ford GT superkarı olub.