Lotusun keçmiş, Ares Design şirkətinin isə indiki rəhbəri Deni Bahar Project Panther sportkarının prototipini göstərib. 1970-ci illərin klassik De Tomaso Pantera maşını stilində hazırlanan avtomobilin təqdimatı markanın Modendəki qərargahında keçirilib. Project Panther, Lamborghini Huracan-un şassisi üzərində düzəldilib. Onun unikal kuzovu Ares Design mühəndislərinin xüsusi əl işidir. İndiki sportkar orijinal De Tomaso Panteradan 10 santimetr uzun, təkər bazası isə 12 sm genişdir. Avtomobil işıq diodlu faraları gizlədən mexanizm əldə edib. Project Pantherin salonu əvvəlki ümumi arxitekturanı qoruyub saxlayıb. İnteryerdə karbon lif materialından, alkantardan və dəridən istifadə olunub. Ares Design-də yeniliyin texniki xarakteristikası açıqlanmır. Bilinən odur ki, sportkar 650 at güclü motorla işləyir. Istehsala isə ayın ortalarında başlanacaq. Huracandan 100 kq yüngül olacaq maşının qiyməti 750 000 avrodur. Artıq bu sportkardan 10 ədəd sifariş verilib.
- Baxış: 441