Lister Cars adlı Böyük Britaniya şirkəti son 25 ildə özünün ilk modelini nümayiş etdirib. Thunder avtomobili kupe Jaguar F-Type SVR-ın modernizə olunmuş variantıdır və 675 at güclü motorla işləyir. Yenilik üçün karbon materialından ön bamper düzüb qoşublar. Bamper qabaq splitterlə təchiz olunub. Avtomobil həmçinin hava dəlikləri olan yeni kapot, karbon fiberdən arxa bamper, şirkətin adı olan nişanlar və fərqli radiator barmaqlığı qazanıb. Kapotun altında 5 litrlik kompressorlu V8 mühərriki qərarlaşıb. Onun gücü 575-dən 675-ə çatdırılıb. 0-dan 96 km/saatı maşın 3,2 saniyəyə yığır. Standart F-Type SVR modeli isə 0,5 saniyə ləngdir. Thunder maksimum 335 km/saata sürətlənmək qabiliyyətindədir. Adıçəkilən avtomobildən cəmi 99 ədəd istehsal olunacaq. Dəyəri isə açıqlanmır. Lister markası 1954-cü ildə yaradılıb. Bu ad altında idman və yarış avtomobilləri istehsal olunurdu. Bir çox markalardan, o cümlədən Jaguardan mənimsənilmiş komponentlərlə düzəldilən maşınların ən sonuncusu 1993-cü ildə hazırlanmışdı. 2013-cü ildə şirkət işini bərpa etdi.
Cavanşir Məmmədzadə
- Baxış: 538