• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 07.02.2018 10:02

Nissan yapon hoteli özüyeriyən tərliklərlə təmin elədi

Nissan şirkəti avtonom sahəsində daha bir yeniliyə imza atıb. Belə ki, mühəndislər Yaponiya mehmanaxası üçün pilotsuz tərliklər, yatıqlar və stollar hazırlayıb. Bunun üçün firma ProPilot Park adlı parketmə assistentindən yararlanıb. Analoji sistem ilk dəfə yeni Nissan Leaf elektrokarında tətbiq olunub. Ultrasəsli sensorların və kameraların köməyilə o, ətrafdakı obyektləri müəyyən edir və sərbəst şəkildə avtomobili park edir. İndi də bu sistemlə Nissan hotelində əşyalar hərəkət edir. Əgər onlar istifadə olunmursa, o zaman üzərlərində xüsusi düyməni basmaqla tərlik və ya yastıq sərbəst olaraq əvvəlcədən təyin olunmuş yerə qayıdır. 2016-cı ildə Nissan özüyeriyən stulları sınaqdan keçirirdi, onlar növbəli şəkildə hərəkət edirdilər.

 

Cavanşir Məmmədzadə