• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 815
— 06.02.2018 12:18

Çin istehsallı hibridli dron havada 7 saat qaldı

Dronlar üçün generatorlar istehsal edən Richenpower adlı Çin şirkəti havada 7 saat 17 dəqiqə vaxt keçirən hibrid heksakopteri sınaqdan keçirib. Bu isə analoji uçan aparatlar arasında rekord göstəricidir. 6 rotorlu dron hibrid güc sistemi ilə təchiz olunub. Sistem daxili yanma mühərrikli generator və akkumlyatorlardan ibarətdir. Dronun göydə 7 saatdan artıq qaçmasını təmin eləmək üçün mühəndislər ona 10,5 litr yanacağı olan bidon bərkidiblər. Amma söhbətin hansı yanacaqdan getdiyi açıqlanmır. Richenpower-in havada qalmaq göstəricisi əvvəlkini nəzərəçarpacaq dərəcədə üstələyib. Ötən il Quaternium Technologies şirkətinin dronu göydə cəmi 4 saat 40 dəqiqə vaxt keçirə bilimişdi.