![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/nuro.jpg?itok=DHJRdiFe)
Nuro startapı yığcam pilotsuz prototip avtomobil təqdim edib. Onun işi ictimai yollarda müştərilərin sifarişlərini çatdırmaqdır. Nuro R1-in hündürlüyü adi maşınlarda olduğu kimidir, amma uzunluqda və enlikdə geri qalır. Damda quraşdırılan lidar, həmçinin perimetrdə yerləşdirilən bir neçə radar və kameralar sayəsində Nuro R1 digər avtomobillər tək sürətlənir. Robomobil mağazadan olan sifarişləri yaxınlıqdakı evlərə daşıyır. Maşın evə çatan kimi sifarişçinin telefonuna bildiriş göndərir, müştəri isə öz növbəsində robota yaxınlaşmalı, əldə edilmiş şifrəni yığmalı və açılacaq yük yerindən sifarişini götürməlidir.
- Baxış: 418