Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat və profilaktik tədbirlər həyata keçirilib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 patron, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə dörd “İJ” markalı tüfəng və 37 patron, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürüblər. Bakı sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil verib.
Zülfiyyə Telmanqızı
- Baxış: 586