KepezTV Player
Xaçmaz rayonu Çarxı kəndində qətl hadisəsi törədilib. Kənd sakini 45 yaşlı Ehtiram Hidayətov həmkəndlisi və həmyaşıdı Əfqan Cəfərovla mübahisə edib. Sonda qəzəbinə hakim kəsilə bilməyən Hidayətov ona ov tüfəngi ilə atəş açıb. Əfqan Cəfərov hadisə yerində ölüb. Ehtiram Hidayətov könüllü olaraq Rayon Polis Şöbəsinə təslim olub. Xaçmaz RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı “İJ-54” markalı tüfəng aşkarlanaraq götürülüb. Faktla Rayon Prokurorluğunda açılan cinayət işi üzrə aparılan araşdırmalarla bilinəcək.
Zülfiyyə Telmanqızı
- Baxış: 870