KepezTV Player
“Gənclər ölkəmizin gələcəyi, onun iftixarı, onun ümididir. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir”. Gəncə Dövlət Universitetində 2 Fevral-Gənclər Gününə həsr edilən konfrans ulu öndər Heydər Əliyevi bu sözləri ilə başlayıb. Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edildiyinə diqqət çəkilib. Dövlət gənclər siyasəti, respublikada gənclər siyasətinin məqsədi, prinsipi, istiqamətini, təşkilati-hüquqi əsası barədə danışılıb. Konfransda tələbələrin çıxışları da maraqla qarşılanıb, bir qrup fəal tələbə fəxri fərmanla təltif edib.
- Baxış: 548